Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 13-08-2024, 11:40

Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb.

Pravda.az xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb.
Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”.

Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində "Neftçala üçün birlikdə!" şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, "İndi VƏFA vaxtıdır!" şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir.(Pravda.az)


5 076 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti