[center]

[/center]
Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin 60-cı binasında yaşayan sakinlər Bizimesr.info-ya müraciət ediblər.
Sakinlərin sözlərinə görə, binanın zirzəmi hissəsi kompleks satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin sonradan zirzəminin bütün çıxışlarının bağlandığını və həmin ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparıldığını bildirirlər.
Sakinləri xüsusilə zirzəmidə aparılan söküntü və tikinti işləri narahat edir. Onların iddiasına görə, işlər zamanı binanın əsas konstruksiyalarının, o cümlədən dayaqlarının zədələnə biləcəyindən ehtiyat edirlər.
```html
Bina sakinləri bildirirlər ki, məsələ ilə bağlı binanı inşa edən şirkətin rəhbərliyindən də aydın məlumat ala bilmirlər. Onların sözlərinə görə, gün ərzində davam edən söküntü və tikinti işlərindən yaranan səs-küy də sakinlər üçün əlavə narahatlıq yaradır.
Sakinlərin digər iddiasına görə isə zirzəminin obyektə çevrilməsi ilə bağlı müvafiq icazələrin olub-olmaması barədə onlara heç bir məlumat verilməyib. Hazırda zirzəmidə konkret hansı işlərin aparıldığı və gələcəkdə burada hansı obyektin fəaliyyət göstərəcəyi də sakinlərə məlum deyil.
Qeyd edək ki, sakinlərin sözlərinə görə, Qurtuluş 93 yaşayış kompleksində son illər zirzəmi sahələrinin satılması və müxtəlif məqsədlərlə obyektlərə çevrilməsi halları ilə bağlı narazılıqlar artıb.
Bizimesr.info