İşçinin həyatı üçün AÇIQ TƏHLÜKƏ... - MÜRACİƏT

  • A-
  • A
  • A+
Araşdırma | Today, 11:24

[center][/center]
"Nəzərinizə çatdırmaq istəyirəm ki, SOCAR-ın Nəqliyyat İdarəsinin Siyəzən üzrə sahəsində neft və texniki suyun daşınması, yığılması məqsədilə istismar edilən xüsusi təyinatlı avtomobilin çəni fiziki baxımdan köhnəlmişdir (1980-ci illərin istehsalı)..." "Dia-az" xəbər verir ki, bu barədə SOCAR işçisi Zamiq Əliyev rəhbərliyə ünvanladığı müraciətdə qeyd edir.
Müraciətdə daha sonra deyilir: "Uzunmüddətli və intensiv istismar nəticəsində həmin çənin ön, arxa və üst hissələrində ciddi korroziya və yırtıqlar meydana gəlmiş, nəticədə texniki suyun və digər mayelərin sızması halı kütləviləşmişdir. Avtomobil sahədə işləyərkən çəndən mütəmadi olaraq axıntıların olması səbəbindən nasosxana və ətraf ərazi çirklənməyə məruz qalır, bu isə istehsalat sahəsində sanitariya-gigiyena və əməyin mühafizəsi standartlarının pozulmasına, eləcə də ekoloji risklərin yaranmasına səbəb olur.
Bundan əlavə, qeyd olunan avtomobil Vətən müharibəsi (Qarabağ) veteranı olan əməkdaşımıza təhkim edilmişdir. Həmin əməkdaş tərəfindən nəqliyyat vasitəsinin yararsızlığı və çənin dəyişdirilməsi vacibliyi ilə bağlı dəfələrlə rəsmi ərizə ilə müraciət olunsa da, problem öz həllini tapmamışdır.
İstehsalat təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərini nəzərə alaraq Sizdən xahiş edirəm ki qeyd olunan xüsusi təyinatlı avtomobilin çəninin texniki vəziyyətinin qiymətləndirilməsi üçün baxış keçirilsin və yararsız halda olan çənin təcili olaraq yenisi ilə əvəz edilməsi üçün lazımi tədbirlər görülsün..."
[center]

[/center]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti