İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 17:05

[center][/center]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən iki publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Bizimesr.media bildirir ki, Nazirlər Kabinetinin qərarıyla ADSEA-nın tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərinin adları bir sıra normativ hüquqi aktlarda dəyişdirilir. Beləliklə, bu publik hüquqi şəxslər “Regional Su Meliorasiya” QSC və “İri Şəhərlərin Su Təchizatı” QSC-yə çevirilir.
Dəyişikliklər su təsərrüfatı sahəsində müxtəlif qaydalar, o cümlədən sudan istifadə, təbii inhisar subyektlərinin siyahısı və digər normativ sənədlərə də şamil olunur. Qərarda diqqət çəkən məqamlardan biri də ADSEA-nın Kollegiyasının tərkibi ilə bağlı dəyişiklikdir. Əvvəlki sənədlərdə qeyd olunan publik hüquqi şəxslərin idarə heyətinin sədrləri əvəzinə yeni yaradılan QSC-lərin icraçı direktorları olacaq.
Qərarın özündə konkret şəxslərin vəzifədən azad edilməsi və ya yeni rəhbərlərin təyin olunması barədə müddəa yoxdur.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti