Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik

  • A-
  • A
  • A+
Araşdırma | Today, 16:34

[center][/center]
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki müəssisələrin rəhbərlərinin mükafatlandırılması zamanı baş verən ədalətsizlik narazılığa səbəb olub.
Məlumata görə, bu ilin avqust ayında agentliyin direktor müavini Simnar Mamedovun təklifi ilə "işində fəal olan, yaxşı xidmətlər göstərən" Peşə Təhsil Mərkəzi və peşə məktəblərinin direktorlarının və müavinlərin 1 aylıq əməkhaqqı qədər pul mükafatı ilə mükafatlandırılması qərara alınıb.
Məlumata görə, ümumilikdə 86 nəfərə pul mükafatı təyin olunub.
Lakin mükafatlandırılan şəxslərin siyahısının ədalətsiz hazırlandığı və bunun da peşə təhsili müəssisələrinin rəhbərləri arasında narazılıq yaratdığı bildirilir.
Məlumata görə, ucqar rayonlarda, eləcə də Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən, təmirsiz, avadanlıq çatışmazlığı olan onlarla peşə təhsili müəssisəsinin direktor və müavinləri mükafatlandırılanlar siyahısına salınmayıb.
Adının çəkilməsini istəməyən narazıların sözlərinə görə, pul mükafatları siyahısında əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun və İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovun özlərinə yaxın hesab etdikləri şəxslər, həmçinin onların dəstəyi ilə təyin edilən direktor və müavinlər olub.
[center][/center]
Qəribədir ki, siyahıya yenicə təyin olunmuş direktor və müavinlərin də adları salınıb. Elə əsl biabırçılıq da budur. Uzun illər peşə təhsili sahəsində çalışan, xüsusilə də ağır şəraitdə fəaliyyət göstərən direktor və müavinlər qala-qala, Agentlik direktoru İlqar Bayramlı yenicə təyin olunan direktor və müavinləri hansı xidmətlərinə görə mükafatlandırılması ilə razılaşıb? 2 aydır direktor, müavin təyin edilən şəxslər hansı xidmətlərinə görə mükafat ala bilər?

Görünür, ya Agentliyin pulu çoxdur xərcləməyə yer tapmır, ya da bu, xüsusi bir məqsəd daşıyır. Əgər Agentliyin pulu çoxdursa, pulu xərcləməyə yer tapmırsa, o zaman bu vəsaiti bölgələrdə lampası belə olmayan, döşəmələrindən ilan keçən, divarlarının boyası qopub tələbələrin nəfəsinə dolan peşə məktəblərində müəyyən işlərin görülməsinə xərcləmək olardı.

Qeyd edək ki, hazırda onlarla Peşə məktəblərində sentyabr ayının 9-ü olmasına baxmayaraq, avqust ayının əmək haqqları verilməyib. Gözünü əmək haqqına tikən, kredit verən müəllim və texniki heyət hələ də əksər məktəblərdə əmək haqqı gözləyir.

[b]P.S
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı da daxil olmaqla bütün işçiləri əmək haqqını birinci alır, üstəlik biznesmen, imkanlı, yüzminlik avtomobillər sürən, bir neçə evlərə, biznes obyektlərinə malik direktorlara, onların müavinlərinə pul mükafatları da yazır. İmkansız, illərdir gözünü əmək haqqına tikən, ağır şəraitdə olan məktəbləri idarə edən direktorlar, onların müavinləri, müəllimlər, ustalar kənarda qalır? Budur İlqar Bayramlının, Emin Əmrullayevin ədaləti və qurduğu sistem? Doğrudur, toxun acdan xəbəri olmur, İlqar Bayramlı... Bəlkə də, unutmusuz!!!
[/b]
Bizimesr.media


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti