Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 17:07

[center][/center]
Təxminən 10 gün əvvəl Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin qənşərində yerləşən küçənin sakinlərinin Prezident İlham Əliyevə müraciətini yaymışdıq.
Onlar [b]Mia.az[/b]-a şikayətlərində bir neçə ildir ərazidə yaşayış binaları tikən “Günəş” MTK-nın rəhbərliyinin indi də küçəni tən ortadan bölərək hasarlamasına etiraz edirdilər. Həmin vaxt sakinlər, o cümlədən məhəllədə yaşayan şəhid ailəsi bu özbaşınalığın qarşısının alınmasını xahiş edirdilər.

Lakin görünən odur ki, şikayət ünvana çatmayıb və bundan sui-sitifadə edən şirkət rəhbərliyi başlatdığı qanunsuz hasarlamanı başa çatdırıb.
Yerli sakinlər yeni fotofakt göndərərək bir daha bildirirlər ki, bu hasarlama küçəni daraltmaqla azyaşlıların oynamasını, insanların və avtomobillərin gediş-gəlişini məhdudlaşdırıb:
“Çox xahiş edirik ki, yerli icra qurumları heç olmasa bu qanunsuzluğun qarşısını alsınlar. Belə dərəbəylik olmaz axı…”
[center]
[/center]


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti