Biləcəri qəsəbəsində qanunsuz inşaat işi – İcazəni Elxan Allahverdiyev verib

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 16:36

[center][/center]
Tikintiyə nəzarət edən Ramiq adlı şəxsin Binəqədi İcra Hakimiyyəti ilə anlaşdığı bildirilir

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı 6 ünvanı, Araz marketin arxasında qanunsuz tikinti işlərinə başlanılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə söküntü aparıdlığ və ərazidə hündürmərtəbəli bina üçün katlavan bünövrə qazıldığı açıq görsənir.
Məlumata görə aparılan inşaat işinə Ramiq adlı şəxs nəzarət edir.
Bildirək ki, Biləcəri qəsəbəsi Asəf Zeynallı 6 ünvanında hündür mərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Bu isə tikintinin qanunsuz aparılması ilə bağlı iddiaları gücləndirir.
Məlumata görə tikintiyə “icazəni” Binəqədi rayon İcra Hakimiyyəti verib.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti