[center]

[/center]
Sabunçu rayonunda ağacların məhv edilməsi ilə bağlı növbəti narazılıq qeydə alınıb.
Bizimesr.media -nın redaksiyasına təqdim olunan fotofaktlara əsasən, hadisə Sabunçu rayonu, Ülvi Rəcəb küçəsi 64 ünvanında, “Firuzə” Şadlıq Sarayının qarşısında, “Optimal Electronics” mağazasının arxa hissəsində baş verib.
[center]

[/center]
Təqdim edilən fotolardan birində ərazidə sağlam ağacın olduğu görünür. Digər fotoda isə həmin ağacın artıq yerində olmadığı, kökündən çıxarılaraq artıq məhv edildiyi görmək olar. Ağacın yerləşdiyi ərazidə sonradan qanunsuz tikinti işləri aparılıb.
Rayon sakinlərinin sözlərinə görə, Sabunçu rayonunda bu cür hallara tez-tez rast gəlinir. Onlar qanunsuz tikinti iddiaları ilə yanaşı, sağlam ağacların da məhv edilməsindən narahatlıq bildirirlər.
Ərazidə aparılan tikinti işləri ilə bağlı qanun pozuntuları aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Eyni zamanda, tikinti adı altında sağlam ağacların məhv edilməsinə yol vermiş şəxslər də cəzalandfırılmalıdır.
[center]

[/center]
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vliyevin ərazidə aparılan işlərə və ağacın məhv edilməsi faktına münasibət bildirməsi vacibdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müvafiq nümayəndəliyinin də məsələni araşdırması və ağacın hansı əsasla kökündən çıxarıldığına aydınlıq gətirməsi yaxşı olardı. Diqqətdə saxlayacağıq.
Bizimesr.media