Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | Today, 10:00

[center][/center]
Bu dəfə "Dia-az"a göndərilən məqalədə “Neftqaztikinti” trestində 7 ilə yaxındır rəhbərlik edən Qağaməli Seyfullayevin xırda bir YEYİNTİ ünvanı barədə faktlar açıqlanıb.
Məqalədə deyilir: "Qağaməli Seyfullayevin hazırki gəlirləri ölçüyə gəlməzdir. Adam elə bir sistem qurub ki, müxtəlif istiqamətlərdən hər ay ən azı 100 min manata yaxın pul onun şəxsi büdcəsinə daxil olur. Sirr deyil ki, Qağaməli müəllimin yaxınlarının adına hal-hazırda 5-6 dənə MMC var ki, neft şirkətinin və SOCAR-a aid digər müəssisələrin elan etdiyi tenderlərdə tez-tez qalib çıxırlar. Məlum olduğu kimi, hazırda milyonlarla dəyəri olan dövlət sifarişi almaq o qədər də asan məsələ deyil. Amma Seyfullayevə məxsus MMC-lər hər il onlarla belə tenderlərin qalibi olurlar. Tender yolu ilə dövlət sifarişləri alan MMC-lərin hesabına köçürülən pulların təyinatı üzrə nə dərəcədə xərclənib, xərclənməməsini isə Alllah bilir, Qağaməli Seyfullayev və bir də sifariş verən qurumlar.
Bundan başqa, verilən məlumatlara görə “Neftqaztikinti” Trestinin tabeliyində olan fəhlə yeməkxanalarına da nəzarəti birbaşa olaraq Qağaməli müəllimə yaxın bir şəxs icra edir. Qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir ki, bu idarə sahələrində onlara yeməkxana var. Bu yeməkxanaların hamısı trest tərəfindən icarəyə verilsə də, icarə haqqı birbaşa olaraq Qağaməli müəllimin nəzarəti altında yığılır və onun şəxsi büdcəsinə ötürülür. Bu vəsaitdən dövlətin, dövlət büdcəsinin xəbəri yoxdur. Bildirək ki, bu yeməkxanaların aylıq icarə haqqı ümümilkdə 60-80 min manat arasındadır..."
Bəli təkcə yuxarıdakı faktlar Qağaməli Seyfullayevin "kiçik epizodlardan" necə böyük pullar çıxardığını sübutlayır...
Və bir daha xatırladırıq ki, bu pullar cənab SOCAR-ın GİZLİ OLİQARXLARINDAN BİRİ olan cənab Seyfullayevin gəlir yerlərinin cüzi hissəsidir...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
Dia-az


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti