Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR... - Burası AZƏRBAYCANDIR!

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 21-06-2023, 13:59

Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR... - Burası AZƏRBAYCANDIR!

Bakı şəhərində boş torpaq sahəsi görən kimi bina inşa edən və haqqında yüzlərlə şikayət olan “Kristal Abşeron” MTK vətəndaşı evindən çıxarır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Kristal Abşeron” vətəndaş Məmmədova Sevdaya qarşı məhkəmədə iddia qaldırıb. MTK-nın məqsədi vətəndaşı evindən didərgin salmaq, əmlakını əlindən almaqdır.
“Kristal Abşeron” vətəndaşla bağlanmış müqavilənin ləğvini və S.Məmmədovanın mənzildən çıxarılmasını tələb edir.
İşə hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Növbəti proses 7 iyul tarixinə təyin edilib.

realnews.az xatırladır ki, sözügedən şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyevin isə məhkəmədəki gücünə hər kəs şahiddir... Burası Azərbaycandır axı...


9 958 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti