Rayon və şəhərlərdə bu qurumların rəhbər vəzifələri ləğv olunur

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 23-12-2025, 12:50

[center]Rayon və şəhərlərdə bu qurumların rəhbər vəzifələri ləğv olunur[/center]
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyəti təkmilləşdirilir.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib.
Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.


5 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti