“Rahat” market “NARAHATA” dönüb – Məhsul əvəzinə QURD satır?

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 29-11-2025, 11:10

[center][/center]
“Rahat” supermarketlər şəbəkəsinin Bakıxanov filialında satılan “Fiabesco” makaronlarının içindən qurd çıxıb.
Sosial şəbəkələrdə şikayət paylaşan müştəri bildirib ki, bu, artıq eyni filialdan aldığı qurdlu olan dördüncü məhsuldur. “Artıq 4-cü dəfədi. Bakıxanov qəsəbəsindəki filialdan aldığımız “Ankara” mannısı, “Favelli” un və indi də “Fiabesco” makaronun içində qurdlar yuva salıb. Axı belə olmaz! Niyə insanı hər şeydən iyrəndirirsiniz?” – müştəri bildirib.
Xatırlatma: “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketdə bundan əvvəl də “Slavyanka Zolotoy Step” konfetlərinin içindən qurd çıxmışdı. Mağazalar şəbəkəsinin daxil olduğu “ANC Group”un qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir. (Bizimesr.com)
[center]
[/center]


15 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti