Vüqar Behbudovun fəaliyyəti yoxlanılır

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 6-11-2025, 15:11

[center][/center]
2025-ci ilin işlər planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirilir.
Hesablama Palatasından məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adə çəkilən agentlikdə audit prosesi hazırda davam edir.
Qeyd edilib ki, yoxlamalar “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun aparılır.
Qurumdan əlavə məlumatın nəticələr yekunlaşdıqdan sonra açıqlana biləcəyi qeyd olunub.
Modern.az


9 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti