“La Marine” restoranı cərimələndi: İcazəsiz reklam yerləşdirib

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 25-10-2025, 16:40

[center]“La Marine” restoranı cərimələndi: İcazəsiz reklam yerləşdirib[/center]
Bakı şəhəri (Şıxov), Salyan şosesində yerləşən məşhur "La Marine” restoranı cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "La Marine” restoranı barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, "La Marine” restoranın rəhbərliyi reklam haqqında icazələrin şərtlərini pozaraq obeyktin üzərində müvafiq icazə olmadan 2 ədəd reklam yerləşdirib.
Məhkəmənin hökmü ilə "La Marine”nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.(Qaynarinfo)


6 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti