Rafiq Quliyev obyektini icarəyə verib?-Fotofakt

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 8-09-2025, 08:50

[center]Rafiq Quliyev obyektini icarəyə verib?-Fotofakt[/center]

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin obyekti aşkarlanıb.

Qlobal.az xəbər verir ki, obyekt icra başçısı Rafiq Quluyevin öz adına rəsmiləşdirilib.

İcra başçısının sözügedən obyekti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşir.

Obyektin ümumi sahəsi sənəddə 48 kvadratmetr göstərilir.

Hazırda bu obyektin real bazar dəyərinin 300 min manat civarında olduğu deyilir.

Qeyd edək ki, 1997-ci ildən Xətai rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rafiq Quluyev 2019-cu ilin noyabr ayından icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yerli mediada Rafiq Quluyevin dəyəri milyonlarla ölçülən malikanəyə sahib olması barədə məlumatlar dərc edilib.

Rafiq Quluyevin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşən obyekti nə zaman alması barədə Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.(Qlobal.az )
[center][/center]


13 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti