"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 6-06-2023, 17:56

"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ


"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

realnews.az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.


9 808 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti