Dövlət Turizm Agentliyi: MƏSƏLƏ CİDDİLƏŞİR... - Hesablama Palatası yoxlamalara başlayıb

  • A-
  • A
  • A+
Cəmiyyət | 14-03-2025, 19:03

Dövlət Turizm Agentliyi: MƏSƏLƏ CİDDİLƏŞİR... - Hesablama Palatası yoxlamalara başlayıb

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

“APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.


4 704 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti