Müğənni Şəbnəm Tovuzlunun qızı Günel lüks avtomobildə belə rəqs edir….-Video

  • A-
  • A
  • A+
Video | Yesterday, 17:26

Sosial şəbəkələrdə iki qadının avtomobildə hərəkətdə olarkən yüksək səslə musiqi dinləməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi və sükan arxasında əllərini buraxaraq görüntü çəkməsi ilə bağlı video geniş müzakirələrə səbəb olub. Görüntünü sosioloq Lalə Mehralı paylaşmışdı.

Belə ki, Günel adlı xanım “Peugeot” markalı, 90-SE-262 dövlət nömrə nişanlı avtomobildə sükan arxasında məsuliyyətsiz davranışları ictimai müzakirəyə səbəb olmuşdur.


















Həmin xanım müğənni Şəbnəm Tovuzlunun qızı olduğu məlum olmuşdur.

Video ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər xüsusilə yol hərəkəti qaydalarının açıq şəkildə pozulmasını tənqid ediblər. Qeyd edək ki, hərəkətdə olan nəqliyyat vasitəsində sürücünün təhlükəsizlik kəmərini taxmaması və sükanı nəzarətsiz buraxması inzibati məsuliyyət yaradan haldır və həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına atır.

Avtosfer.az olaraq sözügedən görüntünü ictimai maraq və yol hərəkəti təhlükəsizliyi baxımından əhəmiyyətli hesab etdiyimiz üçün oxuculara təqdim etmişdik.

Sonradan redaksiyaya daxil olan məlumata görə, videoda yer alan şəxslərdən biri müğənni Şəbnəm Tovuzlunun qızıdır. Bununla əlaqədar olaraq, dünən Şəbnəm xanım İnstagram sosial şəbəkə hesabımız vasitəsilə bizimlə əlaqə saxlayaraq videonun silinməsini xahiş edib. Biz isə görüntülərin silinməsinin mümkün olmadığını bildirdik.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmaq niyyətində olduğumuzu bildirərək Şəbnəm xanımın məsələ ilə bağlı fikrini öyrənmək istədiyimizi diqqətə çatdırmışıq. Lakin o, buna ehtiyac olmadığını deyərək suallarımızı cavabsız qoyub.
Bu gün isə Şəbnəm xanım tərəfindən ünvanlanan növbəti mesajlarda təhdid xarakterli ifadələr yer alıb Mesajlarda səhifəmizin bağlatdırılacağı ilə bağlı iddialar səsləndirib, həmçinin “mənim Instagram səhifəm daha böyüktür, belə balaca səhifələri bağlatmaq mənim üçün oyuncaqdır” məzmunlu ifadələr işlədib.
Qeyd edək ki, redaksiyaya daxil olan həmin yazışmalar sənəd şəklində mövcuddur.


1 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti