Gəncədə 1 nömrəli orta məktəbdə olay: 4 sinif şagirdinə qayçı ilə xəsarət yetirlib

  • A-
  • A
  • A+
Hadisə | 17-12-2025, 17:35

[center][/center]
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
Hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.


6 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti