Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı

  • A-
  • A
  • A+
Hadisə | 14-11-2025, 12:28

[center]Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı[/center]Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


5 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti