"AZDIZAYN GROUP" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - O da "Marsol" MMC ilə tərəfdaş imiş

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 28-03-2025, 10:24

[center][/center]
"AZDIZAYN GROUP" MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 391 min 877 manat 59 qəpikdir.
[center][/center]
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan, 16.01.2019-cı il tarixində dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi, direktoru Cavid Süleymanbəyli Bəxtiyar oğludur.
[center][/center]
Qeyd edək ki, şirkətlə bağlı məlumatda “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətin əsas istiqamətləri kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam məhsulları və aksesuarlarının idxalı, həmcinin topdan və pərakəndə satışından ibarətdir.

Onu da bildirək ki, Marsol MMC-nin tərəfdaşlarındandır. “AZDIZAYN GROUP” MMC 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulub.
[center][/center]
"Marsol” MMC-nin sədri isə Tural Mustafayevdir.

32gun.az


5 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti