Bakıda dənizdən iki meyit tapıldı

  • A-
  • A
  • A+
Gündəm / Hadisə | 12-08-2024, 16:23

Avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


6 328 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti