Qəzzada 2500 ev məhv edilib - BMT

  • A-
  • A
  • A+
Gündəm / Dünya | 12-10-2023, 22:14

Qəzzada 2500 ev məhv edilib - BMT

Qəzzada 2500-dən çox ev dağıdılıb və ya o dərəcədə zədələnib ki, yaşayış üçün yararsız hala düşüb.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb. 23 minə yaxın digər ev isə orta və ya kiçik ziyana məruz qalıb”, - deyə o bildirib.

Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi bombardmana məruz qalıb.


7 663 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti