Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 15-09-2023, 19:15

Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

realnews.az-ın manset.az-a istinadən məlumatına görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.

Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənmişdi.
Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO


9 737 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti