Nazir Xalq artistinin qızını işdən çıxardı - ƏMR

  • A-
  • A
  • A+
Cəmiyyət | 5-08-2023, 13:44

Nazir Xalq artistinin qızını işdən çıxardı - ƏMR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1 rentgenoloq, 2 stomotoloq, 3 tibb bacısı, 1 terpaevt öz ərizələri ilə işdən çıxarılıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adgözəlova da var.

Qeyd edək ki, FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyevadır.

Qaynarinfo


10 775 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti