"Bezmişik artıq, baxan yoxdur..." - NARAZILIQ VAR...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 12:30

[center][/center]

Naxçıvanda bir qrup fermer deyir ki, onlara dizel limitlə verilir, Türkiyədən gələn TIR-lara isə istədikləri qədər satılır. Fermerlərin sözlərinə görə, aldıqları yanacaq şuma çatmır, əkin işləri ləngiyir.

“[b]Gündəlik Naxçıvan[/b]”a danışan yanacaqdoldurma məntəqəsinin bir işçisi iddia edir ki, TIR sürücülərinə dizeli daha baha satdıqları üçün onlara üstünlük verirlər.

Fermer Nəsib Abbasov deyir ki, maşınına dizel vurmaq üçün bir neçə məntəqəyə gedib. Birində yanacağın olmadığını, digərində isə aparatın işləmədiyini deyiblər:

“Bezmişik artıq, baxan yoxdur. Texnikamız dayanıb, əkinin vaxtı keçir. Dizel ola-ola niyə bizə vermirlər? Bir idarə yoxdur ki, sualımıza cavab versin. Bir dəfə zapravkada ‘aparat işləmir’ deyib məni aldatdılar, əliboş qayıtdım. Başqa məntəqəyə gedirik, deyirlər ki, limit 20 litrdir, artıq olmaz. Mən 20 litrlə nə iş görə bilərəm? Amma TIR-lara istədikləri qədər verirlər. Belə getsə, bu il məhsul olmayacaq”.

Adının çəkilməsini istəməyən məntəqə işçisi bir litr dizelin TIR sürücülərinə 60 qəpik baha satıldığını iddia edir:

“Naxçıvanda son vaxtlar yanacaq qıtlığı yaranıb. Əldə olan dizeli yerli sürücülərə verməkdənsə, Türkiyədən gələn TIR-lara baha satırlar. Dizelin litri 1 manat 10 qəpikdir, onlara isə gizlində 1 manat 70 qəpiyə satırlar. Türkiyədə yanacaq daha baha olduğuna görə bu qiymət onlara sərf edir. Yerli sürücülər, xüsusən də fermerlər yanacaqsız qalırlar”.


3 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti