Tanınmış bankir yarım milyon manat borcu olan BOKT-da direktor təyin olundu - BUNDAN SONRA...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 10:59

[center][/center]
"Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) Mərkəzi Filialının direktoru Emil Bədəlbəyli vəzifəsindən ayrılıb.
[b]Yurd.Media[/b]-nın əldə etdiyi məlumata görə, o, "İnternational" BOKT ASC-nin Sumqayıt Filialının Direktoru təyin olunub.
E.Bədəlbəyli 2020-2022-ci illərdə Kredit Evi QSC-nin Baş Ofisinin direktoru, 2017-2020-ci illərdə "Azərbaycan Mikro Kredit" Kredit departamentinin direktoru, ondan əvvəl 2015-2017-ci illərdə "Parabok"da Mərdəkan/Nərimanov Filiallarının direktoru vəzifəsində, daha əvvəl 2006-2014-cü illərdə isə "AtaBank"-da çalışıb.
Qeyd edək ki, Emil Bədəlbəylinin direktor təyin olunduğu "International" BOKT 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur. İllik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 475 min manat təşkil edir.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti