[center]

[/center]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə geniş miqyasda tikinti, abadlıq-quruculuq işləri davam etməkdədir. Qarabağda aparılan meqa layihələrdən biri də Xankəndi şəhərində yerləşən Xankəndi futbol stadionudur.
Xankəndi futbol stadionundə təmir işlərini "Planet Construction" MMC həyata keçirir.
İki ildir davam edən təmir işlərinə dövlət büdcəsindən "Planet Construction" MMC-yə ayrılan son vəsait cari ilin iyul ayının 26-da olub. Bu məqsadlə büdcədən şirkətə 2 milyon 154 min 829 manat ayrılıb.
[center]

[/center]
Ümumilikdə isə şirkətə 20 milyon manatdan artıq vəsaitin ayrıldığı barədə məlumatlar var.
Bəs şirkət bu pula nə edib?
Apardığımız araşdırma zamanı məlum oldu ki, dövlətin milyonluq layihəsini jəyata keçirən "Planet Construction" MMC-nin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə 2 ildəm artıq zamanda təmir işlərini həyata keçirən "Planet Construction" MMC-nin mütəxəssis bazası da sıfırdır. Belə ki, bu şirkətdə mühəndislərin tez-tez dəyişildiyi bildirilir.
Bu faktla şirkətin işçilərinin əmək cədvəlində də tanış olmaq olar.
Şirkətin daha bir yarıtmazlığı isə podratçı təşkilatların da tez-tez dəyişməsidir. İndiyədək stadionda rabitə və elektrik sahəsində iş aparan xeyli sayda təşkilatlar olub. Bu podratçı təşkilatların niyə dəyişildiklərini isə "Planet Construction" MMC-nin rəhbərliyi daha yaxşı bilər yəqin ki.
Ən ciddi məqamlardan biri də stadionda aparılan bu işlərə Gənclər və İdman nazirliyinin təhkimçi nümayəndələrinin də biganə olmasıdır. Əgər belə olmasaydı bir il əvvəl inşa edilən stadionun hündürlü 30 metrə yaxın olan işıqlandırma dirəklərindən biri sökülməzdi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə şirkətin stadionda çalışan işçilərə verdiyi yemətin keyfiyyəti də ciddi narahatlıq yaradır. Belə ki, işçilərə 3 öynə yemək verildiyi bildirisə də, bu yeməklərin çox keyfiyyətsiz olduğu, şirkət rəhbərliyi və nazirliyin stadionun tikintisinıə cəkb edilmiş təhkimçiləırinin bu yeməklərin keyfiyyəti ilə maraqlanmadığı deyilir.
Düşündürü məqamlardan daha biri isə Gənclər və İdman nazirliyinin Maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyevin Xankəndi şəhər stadionuna etdiyi səfərlər zamanı burada qeyd edilən neqativ işlərə laqeyd yanaşmasıdır.
[center]

[/center]
Elmir Mehdiyev Xankəndi şəhər stadionuna etdiyi çoxsaylı səfərlər zamanı burada iş aparan şirkətin mühəndis heyəti, rabitə və elektrik sahəsində çalışan podratçı təşkilatların tez-tez dəyişilməsi, meydançanı işlıqlandıracaq şimal-qərb dirəyinin nə üçün səhv montaj olunması və eləcə də işçilərin yeməkxanası ilə görünür ki, maraqlanmayıb. Əgər əksi olsaydı yəqin ki, sadalanan neqativ hallar yaşanmazdı.
Qeyd edək ki, "Planet Construction" MMC-nin qanuni təmsilçisi Qafqaz Şirinovdur.
Bildirək ki, Xankəndi stadionunda aparılan işlərdə narazılıqla bağlı "Planet Construction" MMC-yə və Gənclər və İdman nazirliyinin Maddi-texniki təchizat şöbəsinə ünvanladığımız müraciətə cavab verilmədi. (AzFakt.com)
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.