Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 15:24

[center][/center]
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunda baş verən rəhbər dəyişiklikləri diqqət çəkib. Sektorun rəhbərliyinə edilən təyinatlar fonunda son olaraq Mövsüm Həmdullayevin bu vəzifəyə gətirilməsi isə xüsusilə müzakirələrə səbəb olub.
Sanki böyük bir təhsil sektorunun rəhbərliyi üçün illərlə formalaşmalı olan karyera yolu bir anda qısalıb. Kiçik kənd məktəbindən böyük rayon təhsil sektorunun rəhbərliyinə qədər uzanan bu sürətli yüksəlişin sirri bəlli olub.
Söhbət bu ilin iyul ayında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna müdir təyin edilən Mövsüm Həmdullayevdən gedir.
Məlumata görə, Həmdullayev bundan əvvəl Şabran rayonunun E. Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb. Daha əvvəl isə Şabran rayonunun Hacıqaraqaşlı kənd orta məktəbinə rəhbərlik edib.
Maraqlıdır ki, cəmi 30-40 şagirdin təhsil aldığı kiçik bir kənd məktəbinə rəhbərlikdən başlayan karyera yolu qısa müddət ərzində böyük bir təhsil sektorunun rəhbərliyinə qədər yüksəlib. Bu məqam istər təhsil ictimaiyyəti, istərsə də yerli ictimaiyyət tərəfindən ciddi narazılıq və müzakirələrə səbəb olub.
Kiçik məktəbdən böyük sektora
Xaçmaz rayonu üzrə təhsil sektoru miqyasına görə kifayət qədər böyük strukturdur. Məlumatlara əsasən, burada 30 mindən artıq şagird və 3 mindən çox pedaqoji heyət fəaliyyət göstərir.
Belə bir struktura rəhbərlik yalnız inzibati vəzifə deyil, eyni zamanda ciddi idarəçilik məsuliyyəti deməkdir. Bu baxımdan sektor rəhbərinin əvvəlki fəaliyyəti, idarəçilik təcrübəsi, təhsil sahəsində əldə etdiyi nəticələr və rəhbər vəzifəyə uyğunluğu məsələsi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən Mövsüm Həmdullayevin təyinatı ətrafında müzakirələrin yaranması diqqətdən kənarda qala bilməz.
Çünki ortaya çıxan əsas məsələ onun əvvəlki fəaliyyətinin hansı meyarlarla qiymətləndirilməsi və böyük bir təhsil sektoruna rəhbər seçilərkən hansı göstəricilərin əsas götürülməsidir. Təyinatın arxasında kim dayanır və nə baş verir? Böyük bir rayonun təhsili kimə həvalə olunur və hansı təcrübənin sahibidir?
Mövsüm Həmdullayevin sürətli karyera yüksəlişi ilə bağlı müxtəlif məlumatlar var. Bizimesr.medianın elektron ünvanına daxil olan məlumata görə, onun bu vəzifəyə yüksəlişində Energetika Nazirliyinin şöbə müdiri olan Anar Mürsəliyevin rolu olub. Məlumata görə, Anar Mürsəliyevlə Həmdullayev yaxın qohumdurlar. Eyni zamanda Anar Mürsəliyevin Elm və Təhsil Nazirliyində yüksək vəzifə sahiblərindən olan şəxslərlə (?) münasibətləri var. Bu da Həmdullayevin karyera yüksəlişinə böyük təkan verib.
Daha maraqlı faktlar araşdırma mərhələsindədir.. Bizi izləyin!
Nigar Hüseyn
Bizimesr.media


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti