[center]
[/center]
Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanında yerləşən yaşayış binalarının sakinləri həyətlərində aparılan qanunsuz tikinti işlərinə və həmin obyektdən istifadəyə icazə verilməsinə qarşı etiraz edirlər.
[center]
[/center]
Sakinlərin bildirdiyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir yerində təhlil və əsaslandırma aparmadan, sənədsiz yarıtikiliyə sərəncam təqdim edib.
Məsələ ilə bağlı 32gun.az-a müraciət edən Şirin Mirzəyev 68A binasının sakini Şahbazov Şahbaz Adıgözəl oğlu bildirib:
[center]
[/center]
"Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının kiçik və məhdud olan həyətində, özbaşına sənədsiz yarıtikiliyə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təhlilə və əsaslandırmaya söykənmədən sərəncam verib. Fikrimdə təhlil və əsaslandırma ona görə qeyd edirəmki, «obyekt»ə yerində baxmaq sonra sərəncam vermək gərəkli idi. Çünki, iki binanın arasında dar bir keçid əraziyə, yaşayış binalarının 5-6 metrliyinə yaxın «obyekt»ə sənəd vermək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Qiyaf (Çoxmənzilli binaların həyətlərində qanunsuz tikililərin qarşısının alınması və yaşayış zonalarının abadlaşdırılması haqqında müvafiq fərman) fərmanının tələbinə ziddir. Belə ki, Qiyaf fərmanında göstərilirki, əgər həyətin ərazisi kiçikdirsə, ərazidə insanların oturmasına, hərəkətinə, avtomobillərin gediş-gəlişinə, dayanmasına maneə varsa, obyekt tikintisinə icazə vermək qanunsuzdur."
[center]
[/center]
Şahbazov Şahbaz Adıgözəl oğlu açıqlamasının davamında qeyd edib:
"Sözügedən ünvanda isə ümumiyyətlə iki oturacaq belə yoxdur ki, yaşlılar, uşaqlar, sakinlər otursun və s. Ona görə də, istismarına icazə sərəncamı verilən məlum «obyekt» sakinlərin kütləvi şəkildə narazılığına səbəb olub, eləcə də, bu hal qanun anlayışının tələblərinə ziddir. Odur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə sərəncamı başadüşülən deyil. Və yaxud, yaranmış bu özbaşına durumdan Komitə Sədri Anar Quliyev nə dərəcədə xəbərdardır, məlum deyil."(32gun.az)