BAĞÇADIR, YOXSA “QARA KASSA”? –Uşaqları pəncərədən qaçıran “pedaqoji möcüzə”!

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Today, 15:01

[center][/center]
Təhsil sistemimizdə həmişə novatorluqlara imza atılıb, amma bu dəfəki “ixtira” bütün təsəvvürləri alt-üst edir.

Paytaxt bağçalarının birində baş verənlər nağıllardakı gizli keçidləri, döyüş filmlərindəki maxinasiyaları xatırladır. Demə, tərəqqipərvər bağça rəhbərliyi körpələri yalnız tərbiyələndirmir, həm də onları “pəncərə təxliyyəsi” sınaqlarından keçirirmiş!
<iframe width="315" height="576" src="https://www.youtube.com/embed/v2vImAG6ZQc" title="BAĞÇA RƏHBƏRLİYİ SƏRHƏD BİLMR! — Uşaqları pəncərədən çıxarıb nə edirlər?" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
​Söhbət nədən gedir? Bağçada açıq-aşkar qanunsuz biznes imperiyası qurulub. Rəsmi tabellərdə uşaqların sayı bir cür, reallıqda isə tam başqa cürdür. Yoxlama gələn kimi bağça rəhbərliyi operativ müharibə rejiminə keçir: “artıq” uşaqlar, yəni qeyri-rəsmi qəbul edilənlər texniki işçilərin köməyi ilə təcili şəkildə pəncərələrdən həyətə çıxarılır, yoxlamanın gözündən yayındırılır. Görəsən, bu körpələr bağçaya gəliblər, yoxsa kəşfiyyat məktəbinə? Pəncərədən uşaq “evakuasiya eləmək” hansı təlim-tərbiyə proqramına daxildir?

117 saylı bağçada “ölü canlar” şəbəkəsi – İDDİA
​Amma “mərifət” bununla da bitmir. Dövlətin təsisatında qanunsuz repetitorluq, dərnək adıyla pul yığım şəbəkəsi açılıb. Uşaqların qidasından, təmizlik vasitələrindən tutmuş aylıq “qara касса” ödənişlərinə kadar hər şey pulla ölçülür. Təhsil ocağı rəsmi olaraq bağça, qeyri-rəsmi olaraq isə pul kəsən dəzgaha çevrilib. Müəllimlər və tərbiyəçilər dərs keçmək əvəzinə, sanki gizli obyektin gözətçisi funksiyasını icra edirlər.

​Bu özbaşınalıq, uşaqların təhlükəsizliyini açıq-aşkar təhlükəyə atmaq və dövlət əmlakından sex kimi istifadə etmək deyilmi? Körpə uşağı pəncərədən bayıra düşürmək hansı vicdana, hansı pedaqogikaya sığır?

​Məsələnin cinayət tərkibli və hüquqi tərəflərini nəzərə alaraq bildiririk ki, Faktum.az olaraq aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Baş Prokurorluğa ünvanladığımız rəsmi sorğular hələ ki, cavabsız qalıb

​Səlahiyyətli qurumların bu “pəncərə əməliyyatına” nə vaxt hüquqi qiymət verəcəyini və susqunluğunu nə vaxt pozacağını səbirsizliklə gözləyirik.(faktum.az)


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti