Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

  • A-
  • A
  • A+
Gündəm / Siyasət | Today, 16:08

[center]Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib[/center]
Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti