“İnternational Medical Centre” və nevroloqundan şikayət

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 23-06-2023, 15:08

“İnternational Medical Centre” və nevroloqundan şikayət


"İnternational Medical Centre” məhkəməyə verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Rzayeva Şövkət Hacıbaba qızı tərəfindən qaldırılıb.

Məhkəmədə cavabdeh qismində xəstəxanın nevroloqu, proloterapiya uzmanı Heydərova Sevinc Abisalam qızının da iştirakı nəzərdə tutulur.
“İnternational Medical Centre” və nevroloqundan şikayət

Ehtimal edilir ki, Şövkət Rzayeva pasiyent qismində xəstəxanın xidmətlərindən narazı qalıb. Şikayətçi xəstəxanadan və Sevinc Heydərovandan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun sədrliyi ilə baxılacaq.

AZƏRBAYCANREALLIĞI.COM


10 328 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti