AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 16:00

[center][/center]
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Nəcəfov Qəşəm Mirzə oğluna (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.
[b]Yeniavaz.com[/b] xəbər verir ki, AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.
Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.
Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.


2 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti