[center]

[/center]
HAKİM SÜLEYMAN HACIYEV VƏ BİTMƏYƏN PROSES
Tovuz rayon Azaflı kənd sakini sahibkar Oktay Alisgəndərovun və digər sahibkarların məsələsi ilə bağlı mətbuatda müxtəlif yazılar dərc olunub. Ona məxsus qeyri- yaşayış obyektinin istismarı qəbulu ilə bağlı qanunvericiliyin tələb etdiyi prosedurlar tamamlanıb, dövlət qurumlarından müxtəlif rəylər alınıb , torpaq sahəsi üzrə icarə müqaviləsi bağlanıb və dövlət rüsumu ödənilib. Yekun mərhələdə obyektin istismarı qəbul edilməsinə dair aktin verilməsində gecikmə yaranıb və sahibkara sənədin verilməməsinə dair aydın izahat təqdim olunmayıb.
Oktay Alisgəndərov məsələ ilə bağlı hüquqi müstəvidə addım atıb. Sahibkar iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Tovuz rayon məhkəməsinə yeni təyin olunmuş hakim aylardır məhkəməni qəsdən uzadır. Süründürməçiliyə yol verir.
Bu adi gecikmə deyil, sistemli süründürməçilik kimi qiymətləndirilməlidir.
Məhkəmə prosesinin uzadılması müəyyən təsirlər nəticəsində baş verir. İddiaya görə hakimə məhkəməni uzatması ilə bağlı sifariş başçı tərəfindən gəlir. Tovuz rayonunun bütün məmurları sahibkarların qəsdinə durub.
Tovuz rayon məhkəməsinin hakimi Sülüyman hacıyev ədalət bərqərar etmək missiyasını unudub, intriqalar kölgəsində addımlayır. Ədalət mühakiməsini unudan Süleyman müəllim ədaləti təmin etmək, qanunlara uyğun qərar vermək yerinə başçının əmrinin icrasını həyata keçirir. Sübutlara və faktlara deyil, bircə kəlmə "olmaz" sözünə söykənir.
Qayda-qanunu deyil, başçının prinsiplərini qoruyur.
Sülüyman Hacıyev fəaliyyətində hüquqi əsaslardan çox, qeyri-rəsmi təsirlər ön plana çəkilir.
Hakim müstəqil olmalı, qərar verərkən heç kimin təsiri altında olmamalı və yalnız qanuna əsaslanmalıdır. Süleyman Hacıyev hansı "qanuna" əsaslanır, bax bu məsələ çox saylı suallar doğurur.
Prezident İlham Əliyev buyurmuşdur:
" Məmurlar xalqın xidmətçisidir"
Lakin Tovuz rayonunda cərəyan edən hadisələr məmurların xidmətçidən çox prezidentimiz cənab İlham Əliyevin digər fikrini doğrulayır.
"Bəxi xırda səviyyəli məmurlar özlərini ağa kimi, xan kimi aparırlar"
Bəli, onlar ağa, rəiyyət onların qulu, köləsidir. Necə istəyirlər elə də münasibət göstərib, rəftar edirlər.
"Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar"
Tovuz rayon məhkəməsinin hakimi Süleyman Hacıyevin qanun pozuntusu, xalqın və ədalətin yanında dayanmaması ciddi araşdırma mövzusudur.
Tovuzda ədalət qanuna əsaslanır, yoxsa şəxsi maraqlara...
" Dövlətə sədaqətli insanlar, vətənə sədaqətli insanlar insanlar önə çəkilməlidir"
Bunu biz demirik, cənab prezidentimiz İlham Əliyev deyir.
Dövlətə sədaqəti, millətə mərhəməti, xalqa hörməti, ədalətə ehtiramı olmayan Süleyman Hacıyev və onun kimi məmurlar haqqında ümid edirik tədbir görüləcək.(Gundelikxeber.org)
Çünki ədalət gecikəndə inam da sarsılır!