Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?

  • A-
  • A
  • A+
Cəmiyyət | Today, 09:44

[center][/center]
Elm və Təhsil Nazirliyinin yoxlama aktında İsmayılova İlahə İlqar qızının Goranboy rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunması ilə bağlı əksini tapan hallar ciddi suallar doğurur.
Aktda qeyd olunan məlumatlara görə, İlahə İsmayılova direktor müsahibəsində uğur qazana bilmədiyi halda, müsahibə protokolunda məksədli dəyişiklik edilməsi nəticəsində direktor vəzifəsinə təyin olunub.
Yoxlama zamanı müəyyən edilmiş hallar yazılı izahatlarla rəsmiləşdirilib və müvafiq aktda əksini tapıb.
Əgər müsahibə nəticəsinin dəyişdirilməsi faktı yoxlama materialları ilə təsdiqlənibsə, burada yalnız bir şəxsin direktor təyinatından söhbət getmir. Belə hal həmin vəzifəyə iddia edən digər namizədlərin hüquqları və müsabiqənin obyektivliyi ilə bağlı da suallar yaradır.
Çünki məktəbin direktoru vəzifəsinə seçim zamanı bütün namizədlər üçün eyni qaydaların və qiymətləndirmə meyarlarının tətbiqi təmin edilməlidir. Namizədlər nəticələrinin obyektiv qiymətləndiriləcəyinə inanaraq müsabiqədə iştirak edirlər.
Bu baxımdan əsas suallar ortaya çıxır.
Müsahibə protokolunda dəyişiklik necə baş verib?
Buna kim məsul olub və həmin dəyişiklik hansı əsasla rəsmiləşdirilib?
Müsahibədə uğur qazanmayan şəxsin direktor vəzifəsinə təyin edilməsinə hansı hüquqi əsas imkan verib?
Lakin məsələnin daha diqqətçəkən tərəfi yoxlamadan sonra yaranmış vəziyyətdir.
Akt tərtib olunub, nöqsan aşkarlanıb, müvafiq izahatlar alınıb. Bununla belə, aylar keçib, hətta yeni tədris ili başlayıb, İlahə İsmayılova isə hələ də həmin məktəbin direktorudur.
Belə olan halda cəmiyyətin haqlı olaraq cavab gözlədiyi sual yaranır.
Aparılmış yoxlamanın nəticəsi nə oldu?
Əgər yoxlama zamanı təyinatın əsasını təşkil edən müsahibə prosesi və ya protokolla bağlı nöqsan müəyyən edilibsə, bu hal üzrə hansı qərar qəbul olunub?
Əgər İlahə İsmayılovanın direktor vəzifəsində qalması qanuni hesab edilirsə, bunun hüquqi əsası nədir?
Məsələ üzrə hər hansı inzibati və ya hüquqi tədbir görülübsə, niyə bunun nəticəsi ictimaiyyətə açıqlanmır?
Dövlət qurumlarında aparılan yoxlamanın məqsədi yalnız nöqsanı sənəddə qeyd etməklə məhdudlaşmamalıdır. Aşkarlanmış hallara hüquqi və inzibati qiymət verilməsi, qəbul edilən qərarın nəticəsinin ortaya qoyulması da vacibdir.
Əks halda ortaya daha ciddi sual çıxır.
YOXLAMA AKTI NƏ ÜÇÜN TƏRTİB OLUNUR?
NÖQSANLARI SADƏCƏ SƏNƏDLƏŞDİRMƏK, YOXSA ONLARIN ARADAN QALDIRILMASI VƏ QANUNAUYĞUN NƏTİCƏNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN?
Əgər rəsmi yoxlama materiallarında hər hansı nöqsan müəyyən edilibsə, həmin nöqsanın hüquqi nəticəsi də aydın olmalıdır. Xüsusilə də söhbət dövlət məktəbinin rəhbər vəzifəsinə təyinatdan gedirsə, məsələ ictimaiyyət üçün açıq və anlaşılan şəkildə izah edilməlidir.
Burada əsas məsələ konkret şəxsin kimliyi deyil. Məsələ dövlət məktəblərinə rəhbər şəxslərin seçilməsi zamanı qanunçuluğun, şəffaflığın və bərabər imkanların təmin olunmasıdır.
Əgər müsabiqə nəticəsində dəyişiklik edilməsi barədə yoxlama aktında məlumat əksini tapıbsa, bunun necə baş verdiyi, kimlərin məsuliyyət daşıdığı və nəticədə hansı qərarın qəbul edildiyi aydınlaşdırılmalıdır.
Ən əsası isə budur.
MÜSAHİBƏ NƏTİCƏSİ İLƏ BAĞLI NÖQSAN AŞKARLANIBSA, NİYƏ AYLAR KEÇMƏSİNƏ BAXMAYARAQ TƏYİNATIN HÜQUQİ TALEYİ BARƏDƏ AÇIQ MƏLUMAT YOXDUR?
Təhsil sistemində qanun və qaydaların bütün iştirakçılara eyni formada tətbiqi dövlət idarəçiliyinə və ictimai etimada mühüm təsir göstərir. Aşkarlanmış nöqsanlara münasibətdə qərarın olması və həmin qərarın əsaslarının aydın şəkildə izah edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərindən biri qanunun aliliyinin və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Bu prinsiplərin bütün dövlət qurumlarında və bütün səviyyələrdə eyni qaydada tətbiqi vacibdir.
Olkemedia.az


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti