Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 18-04-2026, 10:00

[center][/center]
"​Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı dözülməz vəziyyət artıq kritik həddə çatıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabınd atanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra bildirir: "Müəssisə rəhbəri Xalidə xanım haqqında səslənən iddialar sadəcə bir idarəçilik qüsuru deyil, birbaşa insan həyatına qarşı hörmətsizlikdir.
​Əsas problemlər və ciddi ittihamlar:
​İşçilərə İnzibati Zülm: Tibb heyəti rəhbərliyin ağır təhqirləri, kobud rəftarı və qeyri-etik davranışı altında işləməyə məcbur edilir. İş mühiti peşəkar xidmət üçün deyil, şəxsi ambisiyaların təmini üçün istifadə olunur.
​Çağırışlara Maneçilik: Ən dəhşətlisi odur ki, saniyələrin hökm sürdüyü bir məqamda rəhbərliyin briqadaların çıxışına süni maneələr yaratdığı bildirilir. Təcili yardımı "gecikdirən" rəhbərlik kimin maraqlarına xidmət edir?
​Vətəndaş Narazılığı: Şirvan sakinləri 103 xidmətindən kömək deyil, soyuqqanlılıq və laqeydlik görür. Xidmət rəhbərinin qeyri-peşəkar münasibəti şəhər səhiyyəsinə qara ləkə kimi düşür.
​Aidiyyatı qurumlara çağırış: TƏBİB və Səhiyyə Nazirliyi Şirvanın "103" xidmətindəki bu "Xalidə rejimini" dərhal araşdırmalıdır. Tibb müəssisəsi kiminsə şəxsi mülkü deyil, xalqın güvənc yeri olmalıdır. Bu zülmə və özbaşınalığa son qoyulmalıdır..."
DİA-AZ


1 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti