[center]

[/center]
Xatırladaq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının tələblərinə uyğun olaraq “İcbari Tibbi Siğorta Üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan edir.
[b]Banker.az[/b] xəbər verir ki, Şəki, Şağan, Respublika, Naftalan, Mərdəkan, Lənkəran, Qəbələ Uşaq, Şəmkir Uşaq, Xaçmaz, Gəncə, Bakı, 1 Nömrəli və 2 Nömrəli Uşaq Reabilitasiya mərkəzləri “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin tabeliyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin tabeliyinə keçir.
Kreditorlara bildirilir ki, 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Fizuli Əliyev küçəsi 5 ünvanına müraciət edə bilərlər.