Sumqayıt məktəbində direktor işləyən Xalid Adıgözəlov barəsində niyə tədbir görülmür - Direktoru Dayısı Nazirlikdən necə qoruyur

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | Yesterday, 10:15

[center][/center]
[b]Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb ilə bağlı səsləndirilən narazılıqlar getdikcə daha geniş müzakirə mövzusuna çevrilir. Valideynlər tərəfindən irəli sürülən iddialar təkcə pul yığımı ilə məhdudlaşmır, həm də qiymətləndirmə və buraxılış prosesini əhatə edir.
[/b]
Son günlərdə müzakirə olunan əsas məsələlərdən biri buraxılış imtahanlarına buraxılma ilə bağlıdır. Valideynlərin bildirdiyinə görə, bəzi şagirdlərin kafi (keçid) qiymətə malik olmasına baxmayaraq, onların imtahana buraxılıb-buraxılmaması sual altındadır. Buraxılış imtahanlarında iştirak etməli olan 11-ci siniflərin isə aylığa buraxıldığı bildirilir. 1000-1500 manat qarşılığında illik şagirdlərin davamiyyətinə məktəbdə göz yumulması iddiaları isə mütləq araşdırma tələb edir. Məsələ ilə bağlı məktəbin yalnız təmirinə nəzər saldıqda görünür ki hamının daim gördüyü üzü təmirli görünsədə binanın digər hissələrində yararsız halda olması reallıqdır. bu məktəbdə təhsildə övladlarımıza bu cür verilir. Dərs var təhsil yox bu isə övladlarımızın repititor yanına getməsinə qurulmuş oyundur deyə valideynlər bildirir.
Xebermedia-infoya danışan və təqdim edilən iddialara əsasən, qiymətlərin qəsdən aşağı salındığı və bu yolla müəyyən şagirdlərə təzyiq göstərildiyi irəli sürülür. Valideynlər qeyd edirlər ki, imtahanda iştirak etmək istəyən şagirdlər üçün əlavə maneələr yaradılır və proses şəffaf aparılmır.
Bəzi valideynlər vəziyyəti obrazlı şəkildə ifadə edərək bildirirlər ki, imtahana buraxılmaq istəyənlər “sərt seçimdən keçir”, bu isə məktəbdə qiymətləndirmə sisteminə inamı sarsıdır.
Daha əvvəl də qeyd olunduğu kimi, məktəbdə müxtəlif adlar altında pul yığımı, eləcə də rəhbərliklə bağlı tərif xarakterli materialların yayılması kimi iddialar da səsləndirilir. Məktəbin direktoru Xalid Adıgözəlov ilə bağlı bu iddialar sosial şəbəkələrdə də geniş müzakirə olunur. "Xebermedia"nın apardığı araşdırmalardan həqiqətənda özünü "Sumqayıtın Təhsil Səmasının Yüksək Ulduzu: Xalid Adıgözəlov" sərlövhəli başlıqlar altında tərif yazılarına rast gəldik. Hələ bu ən gülməli olan başlıq idi ki, burda direktoru POP ulduz səhnə kralı kimi təqdim edirlər. Bayağı təridflər niyə hansı səbəbdən yazılması isə cəmiyyətə məlumdur. Bir şəxs vəzifəsini icraa etdiyi üçün təriflənirsə bu artıq sifarişli yazılan yazı hesab edilir. İndi cəmiyyətə açıq olan məsələlərə Regional Təhsl idarəsi və Xalid müəllimin dayısınında işlədiyi Elm və Təhsil Nazirliyi müəllimin barəsində ciddi yoxlamaları aparıb aparmayacağı sual edilir. Suala cavabı isə aidiyyatı qurumlar verməlidir.
Xalid Adıgözəlov barəsində irəli sürülən ittihamların iddiaların heç biri bu günə qədər təkzib edilməmişdir. Buna baxmayaraq isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanmayıb. Valideynlər aidiyyəti qurumları məsələni araşdırmağa və iddialara aydınlıq gətirməyə çağırırlar. Dayı şotuna qanunsuz fəaliyyətini sürdürən məktəıb direktorlarının təhsildən uzaqlaşdırılması edilən əsas tələblərdən birincisidir.
Yuxarıda qeyd olunanlar valideyn iddiaları əsasında hazırlanıb. Mövzunun obyektiv araşdırılması üçün qarşı tərəfin – məktəb rəhbərliyinin və rəsmi qurumların mövqeyi də təqdim olunmalıdır. Təkzib edilməz arqumentləri ilə məsələyə aydınlıq gətirməsi vacibliyi diqqətə çatırılır.


3 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti