TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 8-04-2026, 14:37

[center]TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib[/center]
[b]"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.
[/b]
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

[b]Müşahidə Şurasının sədri
[/b]
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

[b]Müşahidə Şurasının üzvləri:
[/b]
Maliyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.


2 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti