[center]

[/center]
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Bununla bağlı dünən qərar verilib.
Belə ki, Dövlət Aqrar Universiteti üçün 2026-cı ildə aviabiletlərin satınalınması üçün müsabiqə elan edib. 197 min 857 manatlıq bilet almağı planlaşdıran universitet rəhbərliyi, əsasən Türkiyənin İzmir şəhərində keçiriləcək tədbirlərə qatılmaq fikrində olub. Bu, açıq mənbələrdən də aydın görünür. Məsələn, ADAU-nun rəhbərliyi üçün ayrıca gediş-gəliş məqsədli 8 bilet alınmalı imiş. Sonra bu rəqəm 16-ya qaldırlımalı və prosesə tələbələr də cəlb olunmalıydılar. Belə ki, Universitet əvvəlcə 69, daha sonra isə 107 tələbəniİzmirə göndərəcəkdi.
Məlumatda bildirilir ki, tenderin ləğvinə səbəb prosesə nəzərdə tutulan 3 iştirakçı qoşulmalı olduğu halda, həmin say az olub. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulmasıdır.
Bizimesr.az