Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu

  • A-
  • A
  • A+
Gündəm / Hadisə | 14-02-2026, 13:10

[center]Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu[/center]
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dəm qazından boğularaq həyatını itirib.

Onun nəvələri - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


3 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti