Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi

  • A-
  • A
  • A+
Gündəm / Araşdırma | 11-02-2026, 18:31

[center]Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi[/center]
Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi fərdi sahibkar Qurbanov Emin Eyvaz oğlu ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, müqavilədə icarə xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 14 496 manatdır.

Emin Qurbanov deputat Eyvaz Qurbanovun oğludur. Eyvaz Qurbanov parlamentdə 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsini təmsil edir. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.(Qaynarinfo)


14 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti