Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib

  • A-
  • A
  • A+
Gündəm / Dünya | 31-01-2026, 13:55

[center]Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib[/center]
Ötən il Rusiyadan Gürcüstana neft ixracı 16 dəfədən çox artaraq rekord həcm hesab olunan 95,8 milyon dollara çatıb.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, 2025-ci ildə Gürcüstanın Rusiyadan idxal etdiyi neftin həcmi 10,5 min tondan 225,3 min tona çatıb.

Bundan əvvəl isə rekord göstərici 2016-cı ildə qeydə alınıb. Bu zaman, Gürcüstan Rusiyadan 10,8 milyon dollara 39,6 min ton neft alıb.


4 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti