Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 2-12-2025, 18:00

[center]Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq[/center]

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günləri olacaq.


4 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti