"Sənəd demək olar ki, hazırdır" - Rusiya üçtərəfli görüşdən danışdı

  • A-
  • A
  • A+
Gündəm / Cəmiyyət | 9-06-2023, 14:18

"Sənəd demək olar ki, hazırdır" - Rusiya üçtərəfli görüşdən danışdı


Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional münasibətlərin blokadadan çıxarılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib.

realnews.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.

"Mətn hazırlığın son mərhələsindədir. Sənəd demək olar ki, hazırdır. Lakin hələ müzakirə edilməli olan iki-üç mübahisəli məqam var, amma dəmir yolunun keçəcəyi məqamlar razılaşdırılıb. Biz bunu aradan qaldırdıq, yükün gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik", - Overçuk bildirib.

Siyasətçinin sözlərinə görə, hər üç tərəf kommunikasiya əlaqələrinin tezliklə başlamasına hazırdır.


8 513 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti