Ermənistana qazın verilişi dayandırılacaq

  • A-
  • A
  • A+
Gündəm / Dünya | 22-08-2025, 10:04

[center]Ermənistana qazın verilişi dayandırılacaq[/center]
Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.

Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.


8 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti