"Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi

  • A-
  • A
  • A+
Cəmiyyət | Today, 18:04

[center][/center]
Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında fəaliyyət göstərən restoranlardan biri cərimələnib.
Bizimesr.com bildirir ki, "Pine Park" restoranında sayğacdan kənar şəbəkəyə qoşulma faktı aşkar edilib.
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən restoranı icarə müqaviləsi əsasında işlədən icarədar, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş T.R. məsuliyyətə cəlb olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə (su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyanın vurulmasına görə) protokol tərtib edilib.
Məlum olub ki, sözügedən restoran "Novator Group" MMC-nin tərkibində fəaliyyət göstərir. Məhkəmənin hökmü ilə barəsində protokol tərtib olunan şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Sumqayıt Şəhəri, Səməd Vurğun ev 116 ünvanında qeydiyyatda olan, nizamnamə kapitalı 20 manat təşkil edən "Novator Group" MMC-nin qanuni təmsilçisi Əliyev Qədir Vaqif oğludur.
Bizimesr.com


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti