Deputat Cavanşir Feyziyevin oğlu TƏBİB-ə verdiyi anbarın icarə haqqını artırıb?

  • A-
  • A
  • A+
Cəmiyyət | 3-03-2026, 22:38

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə bağladığı icarə müqaviləsinin müddətini azaldıb.

XALQ xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, söhbətin deputat Cavanşir Feyziyevin oğluna məxsus ofis və anbar kompleksinin icarəsindən gedir.

Belə ki, paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Abşeron küçəsi, 142 D ünvanında yerləşən həmin anbar kompleksi dərman preparatlarının saxlanması üçün istifadə olunur.

Dövlət satınalmalarının vahid internet portalında apardığımız müşahidələrə əsasən, 2021, 2023 və 2024-cü illərdə ümumi sahəsi 12,552.30 m2 olan həmin ofis və anbar kompleksinin icarə haqqı ilə bağlı O.Cavanşirlə bağlanılmış müqavilənin dəyəri həmişə 1 milyon 176 min manat olub.

2024-cü ildə bağlanılmış müqavilənin müddəti ötən ilin sonlarında bitib. Amma TƏBİB deputatın oğlu ilə müqavilənin müddətini daha bir uzatmayıb. Belə ki, ötən ilin oktyabrında müqavilə bir neçə ay üçün bağlanılıb və müddəti ictimaiyyətə tam bəlli olmayan müqavilənin maliyyə dəyəri isə 392 000 manat müəyyənləşib.

Həmin müqavilənin müddəti bitdiyi üçün TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bugünlərdə həmin ofis və anbar kompleksinin icarəyə götürülməsi xidməti ilə bağlı O.Cavanşirlə yeni müqavilə bağlayıb. Bu dəfə də müddəti ictimaiyyətə açıqlanmayan müqavilənin maliyyə dəyəri 490 000 manat müəyyənləşib.

Beləliklə, son maliyyə dəyərli müqavilə onu deməyə əsas verir ki, ya müqavilənin müddəti bir qədər də uzadılıb, ya da deputatın oğlu icarə haqqını bahalaşdırıb.


0 dəfə oxunub
Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti