Gəncədə böyük izdiham yaşanır

Gəncədə böyük izdiham yaşanırRespublikanın hər yerində olduğu kimi Gəncədə də türk dünyasının böyük oğlu, müasir Azərbaycan Respublikasının qurucusu, xalqın xilaskarı ümummilli lider Heydər Əliyevin anım günü böyük izdihamla yad edilib.
RealNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, minlərlə şəhər sakini, ulu öndərin əziz xatirəsini yad etmək üçün onun adını daşıyan meydana axın edib. Anım tədbirində sakinlərlə yanaşı şəhər icra hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışanlar ulu öndərə olan sonsuz ehtiram və məhəbbətlərini ifadə edərək, ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

12-12-2014, 16:45



Fikirlər